Bakıda qadın qatarın altında can verdi

 23:35 24.10.2022     357

Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit vaqonun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən