Gənc qız yol qəzasında ÖLDÜ

 09:31 26.10.2022     680

Bərdədə avtomobil traktorla toqquşub, nəticədə 20 yaşlı qız ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Oktyabrın 25-də 20:05 radələrində rayonun Qarayusifli kəndi ərazisində 1964-cü il təvəllüdlü sürücü Eldar İmanov Əvəz oğlu idarə etdiyi avtomobillə Ağcabədi rayonu istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan traktorun qoşqusunun arxa hissəsi ilə toqquşub.

Nəticədə avtomobildə olan sərnişin 2002-ci il təvəllüdlü Rəqsanə Kərimova Eldar qızı hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən