Başqasının adı ilə sosial şəbəkələrdə dələduzluq edən qadın SAXLANILDI - VİDEO

 10:00 27.10.2022     429

Yardımlaşmaq, ehtiyacı olana əl tutmaq əlbəttə yaxşı bir haldır. Ancaq indi bəhs edəcəyimiz süjetdə yardım etmək adıyla insanların pulunu mənimsəyən şəxsdən danışacağıq . Hansı ki,  22 yaşlı qızın fotolarından istifadə edib, başqalarına yardım edirmiş kimi əslində özünə pul yığıb. Bütün bunları Şəkidə yaşayan bir qadın edib. Artıq onun kimliyi də məlumdur.

Redaktor.az xəbər verir ki, "Facebook"da  Lamiyə Qafarova, "İnstaqram" və "Tik-Tok"  sosial şəbəkələrində isə Fidan Məmmədli adlı profillər açıb, yardım adı ilə pul toplalıyıblar. İnsanların inamından sui-istifadə etmək azmış kimi, onları təhqir etməkdən də çəkinməyiblər...

Adlar müxtəlif olsa da, bütün profillərdə istifadə olunan fotolar  eynidir və hər biri 22 yaşlı Fəridə Rəhimliyə məxsusdur. Bu gənc  qız isə baş verənlərdən tam xəbərsiz olub.  

44 günlük müharibə dönəmində xəstəxanalarda  könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərən Fəridənin qazilərimiz ilə çox sayda fotoları var. Elə dələduz da özünü insanlara  tibb bacısı kimi tanıdıb və  qazilər ilə olan  şəkillərdən daha çox  istifadə edib. 

Uzun araşdırmanın nəticəsi olaraq, həmin şəxsin kimliyi Rəhimovlar ailəsinə məlum olub. Özünü sosial şəbəkələrdə 24 yaşlı qız  kimi tanıdan bu insan əslində Şəkinin Baş Göynük kənd sakini 35 yaşlı Fərqanə Qafarovadır. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev  bildirib ki, qarşı tərəfdən üzr istəyən şəxs cinayət təqibindən yayınmaq üçün bu addımı atıb. Bütün hallarda polis tərəfindən qanunauyğun olaraq zəruri tədbirlər icra olunur. Daxil olan müraciət əsasında araşdırma aparılır. Təfərrüatlar  isə araşdırmadan sonra məlum olacaq. 

Ətraflı Xəzər TV-nin süjetində:

 

Vumart və Güvən reklamı Vumart Güvən