Kəramət Böyükçöl Baş Prokurorluğa niyə çağırılıb? - Rəsmi açıqlama

 20:29 27.10.2022     419

Baş Prokurorluq Kəramət Böyükçölün İstintaq idarəsinə çağırılması ilə bağlı açıqlama yayıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Redaktor.az-a daxil olan məlumatda deyilir: 

"Bəzi sosial şəbəkələrdə Kəramət Böyükçölün Baş Prokurorluğun İstintaq idarəsinə çağırılması ilə bağlı məlumat yayılıb.

Bildiririk ki, həmin şəxs konkret cinayət işi üzrə şahid qismində dindirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunub.

İstintaq aparıldığı dövrdə qeyd olunan bu tipli informasiyalar ətrafında sosial şəbəkələrdə müzakirələrin aparılması süni ajiotajın yaradılmasına xidmət etməklə yolverilməzdir".

Vumart və Güvən reklamı Vumart Güvən