Axtarışda olan şəxs Suqovuşanda saxlanıldı

 21:07 27.10.2022     414

Suqovuşan qəsəbəsi ərazisindəki nəzarət postunda rayon sakini F.Daşdəmirov müvafiq icazəsi olmadan qəsəbə ərazisinə daxil olmağa cəhd göstərdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Redaktor.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

O, Tərtər Rayon Polis Şöbəsinə gətirilib və mülki qaydada axtarışda olduğu da müəyyən edilib.

F.Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə cərimə olunub.