Bu rayonda məktəbliləri maşın vurdu

 20:55 27.10.2022     235

Gədəbəyin Zəhmət kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, “Volkswagen Passat” markalı avtomobil dörd azyaşlı məktəblini vurub.

Qəza zamanı xəsarət alan məktəblilər Gəncə Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.