Xəstəxana əməkdaşı iş yerində özünü asdı - YENİLƏNİB

Lerik Rayon Mərkəzi Xəstəxanasında baş vermiş intihar hadisəsinin detalları bəlli olub.
Redaktor.az xəbər erir ki, hadisə ilə bağlı modern.az-a açıqlama verən Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Maqsud Ağayev Orucəli Baxışovun ailə münaqişəsi zəminində intihar etdiyini bildirib.
“Orucəli sakit təbiətli işçi olub. Həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Onun bu səbəbdən intihar etdiyi deyilir. İşlə bağlı heç bir problemi olmayıb”,- deyə baş həkim vurğulayıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Lerik Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı iş yerində intihar edib.
Redaktor.az xəbər verir ki, xəstəxanada anbardar vəzifəsində çalışıan Orucəli Baxışov xidməti otağında özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (report).