Azərbaycanda polis özünü ehtiyatsızlıqdan GÜLLƏLƏDİ - FOTO

 10:45 28.10.2022     522

Ehtiyatsızlıq polisin ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb. 

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.