Bakıda məktəbə BİABIRÇILIQ - Manyak azyaşlı qıza təcavüz etdi - VİDEO

 20:00 28.10.2022     340

Paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbin şağirdi cinsi qısnamaya məruz qalıb. Həmin hadisənin görüntüləri anabaan məktəbin nəzarət kamersına düşüb.

Redaktor.az bildirir ki. bu barədə  məktəblinin atası Samir Alıyev Avtosfer.az-a məlumat verib.

Onun sözlərinə  görə, 11 yaşlı qızı Aylin Alıyeva, dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib.

Bu zaman, naməlum şəxs onun qızını cinsi qısnamaya məruz qoyub:

“Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, Aylin cinsi qısnamaya məruz qalması ilə bağlı mənə zəng edib, tez özünü məktəbə çatdır. Mən, məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman, ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Həmin hadisənin videosundan hər şey aydın şəkildə görünür. Orta yaşlı naməlum şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə divardan asılmış məlumat lövhəsinin qarşısına apararaq onunla  söhbəti orada davam etdirib. Yaxınlıqda heç kimin olmadığını gördükdən sonra isə qızımın yaxasını açaraq, onu cinsi qısnamaya məruz qoyub. Görüntüdən aydın şəkildə görünür ki, məktəbin nəzarətçisi həmin şəxsin kim olduğunu, məktəbə niyə daxil olduğunu soruşmur və bütün olanları kənardan izləyir”. – deyərək məktəblinin atası bildirib.

S.Alıyev bildirir ki, məsələ ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verib. Bundan sonra o, Nərimanov  rayon 17-ci Polis Bölməsinə dəvət olunaraq izahatı alınıb.

Məktəblinin atası Samir Alıyev Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan həmin şəxsin tez bir zamanda tapılıb məsuliyyətə cəlb edilməsini xahiş edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı bütün zəruri tədbirlər görülür. Həmin şəxsin müəyyən olunması istiqamətində əməliyyat-axtarış qrupu çalışır.