Ağdamda ağır yol qəzası oldu, ölən və yaralanan var

 11:12 29.10.2022     563

Ağdam rayonunda ağır yol qəzası olub, ölən və yaralanan var.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini N.Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Məlahət Hətəmxanovanı və Gülşən Hacıyevanı vurub.

Nəticədə M.Hətəmxanova hadisə yerində ölüb, G.Hacıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən