Polis ov edənləri saxlamaq üçün havaya atəş açdı - FOTO

 14:25 29.10.2022     300

Oktyabrın 29-da gecə saat 4 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Örənqala qəsəbəsi ərazisində xidmətdə olarkən “Ağgöl” qoruğu istiqamətindən torpaq yolla “Niva” markalı avtomobilin gəldiyini görüb onu saxladıblar.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, avtomobilin içərisində olan iki şəxsin əlində odlu silahın olduğunu görən polis əməkdaşları onlardan avtomobildən enmələrini tələb etdikdə onlar tabesizlik göstərib qaçmağa çalışıblar. Bu zaman polis əməkdaşı havaya bir dəfə xəbərdarlıq atəşi açıb. Bundan sonra polis əməkdaşları həmin şəxsləri saxlayıblar. Onlardan 2 ədəd odlu silah və qanunsuz ovladıqları 1 ədəd qaban götürülüb.  

Polis şöbəsinə gətirilən həmin şəxslərin Ağcabədi rayon sakinləri Arzuman Mamedov, Anar Quliyev və Aqil Yusifov olmaları müəyyən olunub.

Hazırda Beyləqan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.  

2