Azərbaycanda ağır qəza - Ölənlər var -YENİLƏNİB

 14:15 30.10.2022     517

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.

Bu barədə TƏBİB-dən Redaktor.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“Hazırda iki nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, bir nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir”.

Qeyd edək ki, qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib.

***

Biləsuvar rayonunda iki nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub.

Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.

***

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən