9-cu mərtəbədən yıxıldı 

 20:17 30.10.2022     928

Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Fərəcov Murad Abbasəli oğlu yaşadığı çoxmərtəbəli binanın 9-cu mərtəbəsinin eyvanından ehtiyatsızlıq edərək yıxılıb. O aldığı xəsarətlərə görə, komatoz vəziyyətinə düşüb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisənin təffərüatları araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən