Mopedi yoxlamaq adı ilə sürüb qaçdı

 13:52 31.10.2022     415

Qubada elan saytında tapdığı mopedi oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən, avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.

Əməli törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən