Goranboyda maşın dəmir yol ayrıcına çırpıldı - xəsarət alanlar var - FOTO

 18:53 31.10.2022     788

Goranboyda xəsarətlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Nissan”markalı minik maşınının sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil yolun kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).