Yevlaxda piyadanı avtomobil vurub öldürdü

 22:45 01.11.2022     397

Yevlaxın Yuxarı Qarxun kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, rayon sakini, 50-55 yaşlarında İsrafil Güləliyevi "VAZ-2107" markalı avtomobil vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.