Vəzifəli şəxslər Füzulidə qəzaya düşdü

 10:10 02.11.2022     422

“Azərişıq” ASC əməkdaşlarının olduğu avtomobil Füzuli rayonu ərazisində yüngül qəza keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə məlumat verib.

“Yüngül qəza olub, əməkdaşların vəziyyəti yaxşıdır, heç bir problem yoxdur. Onlar daha sonra yola davam ediblər”, - qurum rəsmisi bildirib.

Qeyd edək ki, qəzaya düşən şəxslərin “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov və Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov olduğu bildirilir (modern.az).