Kirayə yaşadığı evdə özünü öldürdü

 09:24 03.11.2022     315

Tovuz rayon sakini Bakıda kirayə qaldığı evdə intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Məmmədov Röyal Yaşar oğlu kirayədə yaşadığı evin mətbəx otağında qaz borusuna keçirilmiş iplə boğazından asaraq özünü öldürüb.

Həmin şəxsin "8 km bazarı"nda meyvə-tərəvəz satışı ilə məşğul olduğu bildirilib.

Hadisə ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır (report).