"Bakubus"un sürücüsünə hücum edən SAXLANILDI - VİDEO
Bakının Nizami rayonunda, Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.
Qeyd edək ki, Qara Qarayev prospektində hərəkətdə olan, "BAKUBUS" MMC-nin balansında olan avtobusun önünü 99OK278 DQN -lı "Toyota Corolla" markalı avtomobilin sürücüsü kəsərək, sürücüyə qarşı xuliqanlıq hərəkətləri edib.
Beləki,Avtobusun önünü kəsən sürücü, sərniçinlırin gözü qarşısında ilk öncə sürücüyə hücum çəkib, sonrada Avtobusa 931 AZN dəyərində maddi ziyan vurub.













