Bakıda toy zamanı şadlıq evində yanğın - FOTO

 21:05 03.11.2022     183

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb.

"Millenium" şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.

Şadlıq sarayında toy mərasiminin iştirakçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb. Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda araşdırma aparılır.