Azərbaycanda həbsxanada məhkum öldü

 09:24 04.11.2022     146

Şəkidə həbsdə olan şəxs vəfat edib.

Redaktor.az xəbər verir ki, Şəki Penitensiar Müəssisəsinin Ümumi Ağır rejimli korpusunda saxlanılan Balakən rayon sakini, 1976-cı il təvəllüdlü Qardaşov Rəşad Rafiq oğlu noyabrın 3-də səhhətinin pisləşməsi ilə əlaqədar müəssisənin Tibb Hissəsinə müraciət edib.

Daha sonra o, həkim otağında olarkən qəflətən vəfat edib.

Kamera yoldaşlarının sözlərinə görə, mərhum son vaxtlar ürək nahiyəsində olan ağrılardan şikayət edirmiş.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Qardaşov 2020-ci ilin mayın 6-dan həbsdə olub. O, qanunsuz olaraq külli miqdarda narkotik saxlamada təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmişdi.