Nazirlikdən toy günü qəzada ölən qızla bağlı MƏLUMAT- YENİLƏNİB
Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı kanala düşən şəxsin meyiti tapılıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, qəzada həlak olan gəlin Nuranə Hüseynova ilə Günay Hüseynova əmiqızıdırlar.
***
Yevlaxda avtomobilin su kanalına düşməsi nəticəsində iki nəfər ölüb, bir nəfərin axtarışları davam etdirilir.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, noyabrın 7-də səhər saatlarında rayonun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi BMW markalı avtomobili su kanalına aşırıb. Nəticədi F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən Nuranə Hüseynovanın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.
***
Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.
Onların meyiti tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.













