Azyaşlını bıçaqla hədələyib quldurluq edən qadın SAXLANILDI
Bakıda azyaşlı bıçaqla hədələnib.
Redaktor.az Daxili İşlər Nazirliyinin məlumatına görə xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 2-də Bakı şəhər sakini olan bir azyaşlını bıçaqla hədələyib hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Əsgərova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.













