Şəhid anası yol qəzasında ağır yaralandı

 11:23 09.11.2022     507

Hacıqabulda baş verən qəzasında 6 nəfər xəsarət alıb.

Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KİA” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1999-cu il təvəllüdlü Abıyeva Nuray Malik qızı, onun qardaşı, 2008-ci il təvəllüdlü Abıyev Nihad Malik oğlu, 1996-cı il təvəllüdlü İbrahimov Elmar Səyyad oğlu, 2000-ci il təvəllüdlü Hüseynəliyeva Aidə Azər qızı, 1973-cü il təvəllüdlü Salmanova Şahnaz Mürsəl qızı və Laçın rayon sakini, şəhid anası, 1955-ci il təvəllüdlü Abışova Nənəxanım Səfər qızıdır.

Qəza nəticəsində xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Şəhid anası N, Abışovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.