Piyada zolağını keçən şəxsi maşın vurdu

 15:07 09.11.2022     166

Kürdəmirdə avtomobil piyada zolağını keçən şəxsi vurub.

Redaktor.az report-a istinadla xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü piyada zolağından keçən Kürdəmir rayon sakini, 53 yaşlı Alıyev Elşən Cəlal oğlunu vurub.

Yaralı dərhal ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəstənin vəziyyətini orta ağır olaraq qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.