İnəyi vuran sürücü özü də öldü
Noyabrın 9-da saat 18 radələrində Siyəzən rayonunun Məşrif kəndi ərazisində Eynibulaq kənd sakini Əhəd Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə 1 baş inəyi vurub, daha sonra həmkəndlisi Ş.Mehralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Redaktor.az xəbər verir ki, Nəticədə Ə.Abbasov hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.













