Naxçıvanda qadın qətlə yetirildi

 13:37 10.11.2022     279

Naxçıvan Muxtar Respublikasında qətl törədilib.

Redaktor.az xəbər verir ki, Şərur rayonunun Kərimbəyli kəndində 1978-ci il təvəllüdlü Vüsalə Hüseynova bıçaqlanaraq öldürülüb.

İlkin araşdırmalardan sonra 44 yaşlı qadının qeyri-rəsmi nikahda yaşadığı Elnur Cəfərov tərəfindən qətlə yetirildiyi müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən