“Birinci zərbəni ürəyinə vurmuşam” - Rəşad Dağlı danışdı - YENİLƏNİB
Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) tanışı İskəndər Mehtiyevə ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Redaktor.az xəbər verir ki, bu barədə Qaradağ Rayon Məhkəməsində istintaq materiallarını elan edilərkən qeyd olunub.
Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə meyxanaçı özünü təqsirli bilib.
O deyib ki, hadisə zamanı İ.Mehtiyevin əlində bıçaq olub:
""Mənim maşınımda görüşdük. O, qarşıda sərnişin yerində əyləşmişdi. Aramızda münaqişə yarandı. Bıçaq onun əlində idi. Mənim şərəf və ləyaqətimi təhqir etdi. Mən onun əlindəki bıçağı alıb ona zərbə endirdim. Yalnız birinci zərbəni xatırlayıram. Digərləri yadıma gəlmir. Maşını bir az sürəndən sonra qapını açıb meyiti aşağı atdım".
Bu gün Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
***
Qaradağ rayon məhkəməsində qətldə təqsirləndirilən meyxana ustası Rəşad Əmirovun (Dağlı) barəsində həbs qətiimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.
Redaktor.az xəbər verir ki, prosesdə təqdimat təmin edilib və Rəşad Dağlı barəsində 4 ay həbsqəti imkan tədbiri seçilib.
Xatırladaq ki, tanınmış meyxana ustası Rəşad Dağlı noyabrın 09-da saat 05 radələrində Bakının Lökbatan qəsəbəsində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi qətlə yetirib.
Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
***
Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə aparılıb.
Redaktor.az xəbər verir ki, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.
Qaradağ Rayon Prokurorluğundan meyxanaçın yüzlərlə pərəstişkarı yola salıb.
Mövzu ilə əlaqədar Baku Tv-nin görüntülərini təqdim edirik:













