Gəncədə dəhşət yaşanıb - Arvadının gözlərini çıxarıb intihar etdi

 01:15 11.11.2022     282

Gəncə şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə sonra özünü bıçaqlayaraq intihar edib.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən əri - Səttar Qafar oğlu Cəlilov isə sonradan özünü bıçaqlayaraq intihar edib.

Hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən