DİN-dən Gəncədəki dəhşətli hadisə ilə bağlı MƏLUMAT

 09:49 11.11.2022     213

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə noyabrın 10-da saat 20 radələrində şəhər sakini Hüsniyyə Quliyevanın yaşadığı evdə ağır bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Səttar Cəlilovun yaşadığı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı H.Quliyevaya  bıçaqla ağır bədən xəsarətləri yetirməsi, sonradan isə özünü öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

H.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb.