DİN-dən Bakıda keçirilən aksiya barədə açıqlama - Saxlanılan var

 18:30 11.11.2022     164

Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Redaktora.az-a bildirilib ki, bu gün saat 16 radələrində bir qrup şəxs BŞİH-in binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır.