Gəncədə bıçaqlanan qadının gözləri AMPUTASİYA EDİLDİ

 19:33 12.11.2022     214

Noyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.

Redaktor.az xəbər verir ki, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətndən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.

Cütlüyün bir oğul və bir qızı var. Hadisə baş verən zaman qız övladı evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.

Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir.