Azərbaycanda icra başçısı qəzaya düşdü - FOTO

 23:15 12.11.2022     562

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib. 

Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova "Facebook"da məlumat verib. 

Onun sözlərinə görə, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib. 

Şərur istiqamətində hərəkət edən "Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hyundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.

Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb.

Digər avtomobilin  sürücüsü isə yüngül zədələnib.

Avtomobillər ağır zərbədən yararsız hala düşüb.

Naxçıvanın İcra başçısı yol qəzası keçirdi - FOTO

Naxçıvanın İcra başçısı yol qəzası keçirdi - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən