14 yaşlı yeniyetməni avtomobil vurdu

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Hüseynov Nihad Eldar oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.