Bakıda dəhşətli cinayət - kişi arvadı və oğlunu güllələdi

 12:00 13.11.2022     483

Bakıda kişi arvadını və oğlunu güllələyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov ov tüfəngindən açdığı atəşlə 64 yaşlı həyat yoldaşı Nazilə Pirimovanı və 34 yaşlı oğlu Vüqar Dadaşovu ov tüfəngindən açdığı atəşlə yaralayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əməli törərməkdə şübhəli bilinən Eldar Dadaşov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.