Rəşad Dağlını təcridxanada vurublar? - Vəkilindən açıqlama

 23:00 13.11.2022     331

Rəşad Dağlıya Bakı İstintaq Təcridxanasında xəsarət yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya açıqlamasında  qonşusunu İsgəndər Mehdiyevi  qətlə yetirməkdə təqsirli bilinən meyxanaçının vəkili Elvin Əliyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar şayiə xarakterlidir: 

"Bununla bağlı təcridxananın rəhbərliyi ilə də əlaqə saxlamışıq, yayılan məlumatlar həqiqətə uyğun deyil".

Vumart və Güvən reklamı Vumart Güvən