Vətən müharibəsi qazisi faciəvi şəkildə həlak oldu - FOTO

 15:45 15.11.2022     89

Oğuz rayonunda Vətən müharibəsi iştirakçısı qəzaya düşərək həlak olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səxavət Arif oğlu Atakişiyevin idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olan zaman traktorla toqquşub. Nəticədə S.Atakişiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Səxavət Arif oğlu Atakişiyev 44 günlük müharibədə iştirak edib. O, Prezidentin sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Vətən müharibəsi qazisi faciəvi şəkildə həlak oldu - FOTO