Bakıda qayın yeznəsini və onun qardaşını bıçaqladı
Bakının Binəqədi rayonunda qayın yeznəsini və onun qardaşını bıçaqlayıb.
Redaktor.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Haqverdiyev Orxan Əliislam oğlu və onun qardaşı Haqverdiyev Əmrah Əliislam oğlu bıçaqlanıblar.
Xəsarət alan qardaşların yaxın qohumlarından aldığımız məlumata görə, hadisə ailə münaqişəsi zəminində Orxan Haqverdiyevin qayını Əmirullayev Eldəniz İbrahim oğlu tərəfindən törədilib və o, polis nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.













