Su çəkən fəhləni elektrik vurub öldürdü

Noyabrın 16-sı saat 15 radələrində Qaradağ rayonu, Baş Ələt qəsəbəsi ərazisində yerləşən Dartı Yarım Stansiyasının qarşısında quraşdırılmış müvəqqəti işçi düşərgəsində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Redaktor.az xəbər verir ki, aparılmış araşdırmalarla Tahir Məmmədovun düşərgənin mətbəx otağına su xətti çəkən zaman elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.