Polis 67 nəfəri saxladı

 12:09 19.11.2022     279

Noyabrın 18-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarılan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən