Təkəri partlayan maşın aşdı, sürücü xəsarət aldı

 19:40 19.11.2022     136

Şəkidə  “Mercedes Vito” aşıb, sürücü ağır xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Baş Göynük kənd ərazisində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Baş Göynük kənd sakini Ədilov Asiman Azad oğlu idarə etdiyi “Mercedes Vito” markalı sərnişin avtomobili ilə hərəkətdə olarkən maşının şini partlayıb və  avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ədilov Asiman Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının  vəziyyəti ağır oldugu bildirilir.

Faktla bağlı araşdırma aparılır(qafqazinfo).