Xaçmazda 4 otaqlı ev yanıb

 23:05 19.11.2022     119

Xaçmaz şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 156 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, içərisindəki əşyalar 20 m² sahədə və dam örtüyü 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.