Ehtiyatda olan zabit yol qəzasında həlak oldu

 23:40 19.11.2022     309

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az xəbər verir ki, qəza şəhər ərazisində qeydə alınıb.

Hadisə zamanı “Toyota” markalı avtomobil yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. O, hadisə nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, M.Əhmədov ehtiyatda olan zabitdir(qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən