Ağdam rayonunda zəncirvari yol qəzası oldu - FOTO

 20:55 20.11.2022     248

Ağdam rayonunda zəncirvari yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkət edən KamAZ markalı yük maşını “Mercedes” markalı minik maşınına, “Mercedes” isə “BMW” markalı maşına çırpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma başlanıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən