Cəlilabadda avtomobil iki qardaşı vurdu

 21:50 20.11.2022     122

Cəlilabad rayonunda iki piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən iki nəfər - rayonun Kazımabad kənd sakinləri - 2000-ci il təvəllüdlü Kərimov Gündüz Tacəddin oğlu və onun qardaşı 1990-ci il təvəllüdlü Kərimov Orxanı minik avtomobili vurub. Yaralılar rayon xəstəxanasına aparılıb. G.Kərimov koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.