Bu rayonda şagird döyüldü - vəziyyəti ağırdır

 10:37 21.11.2022     168

Lənkəranda XI sinif şagirdi döyülüb.

Redaktor.az-ın məlumatına görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.