Qusarda dəhşətli qəza - Sürücü öldü

 11:27 21.11.2022     298

Noyabrın 20-də saat 16 radələrində Qusar rayonunun Əvəcuq kəndi ərazisində rayon sakinləri T.Hüseynovun idarə etdiyi “Hyundai” və Kamil Ədilxanovun idarə etdiyi “VAZ-21070” markalı avtomobillər toqquşub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə K.Ədilxanov xəstəxanaya aparılarkən yolda ölüb, T.Hüseynov xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.