Avtobusda halı pisləşən məktəbli vəfat etdi

 09:55 22.11.2022     407

Gəncədə məktəbli oğlan qəfil vəfat edib.

Redaktor.az xəbər verir ki, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Azyaşlının anadangəlmə ürək çatışmazlığı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən