Qırmızı işıqdan keçən motosikletçini maşın vurdu - FOTO

 22:40 23.11.2022     274

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki,  99-TD-698 dövlət nömrə nişanlı avtomobil Yüsif Səfərov küçəsi ilə hərəkətdə olarkən bu zaman Mehdi Mehdizadə küçəsində hərəkətdə olan motosikletçi işıqforun qırmızı işığında yolu keçərkən onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Motosiklet sürücüsünün kimliyi hələ ki məlum olmayıb.

Hadisənin təfərrüatı araşdırılır (report).

22
Vumart və Güvən reklamı Vumart Güvən