Oğul anasına görə atasını döyüb öldürdü - VİDEO

 23:25 23.11.2022     419

Gədəbəydə ailə daxilində faciə ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.

Redaktor.az Xezerxeber.az-a istinadən xəbər verir ki,  Asəf Cəfərov anasına xəsarət yetirdiyinə görə atasını döyərək ağır xəsarətlər yetirib.

Kişi də həyat yoldaşının ardınca xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, rayonun Düzyurd kənd sakini Vaqif Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Mehri Cəfərovaya bıçaq xəsarətləri yetirib.

Qadın Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan sonra həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Vaqif Cəfərov özü xəstəxanalıq olub.

Vaqif Cəfərovun oğlu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi və orada dünyasını dəyişməsi ilə bağlı iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Gədəbəy Rayon Prokurroluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:

 

Vumart və Güvən reklamı Vumart Güvən